İran təcili iclas çağırdı, ABŞ isə hədələdi
18:26 29.10.2024
Dünya
347
Vaşinqton gərginliyin genişlənməsini görmək istəmir və hər iki tərəflə əlaqə saxlayır.
Axar.az xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının təcili iclasında ABŞ-ın bu qurumdakı nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Birləşmiş Ştatların İsrailə mesajı aydın olaraq qalır: biz həmişə onun xalqını və ərazisini İrandan, onun terrorçu proksi qüvvələrindən və tərəfdaşlarından müdafiə etməyə kömək edəcəyik”, - o deyib.
ABŞ nümayəndəsi vurğulayıb ki, bizim İrana mesajımız da aydındır:
“Əgər o, İsrailə və ya bölgədəki ABŞ personalına qarşı növbəti təcavüzkar addımlar atmağa qərar verərsə, bunun ciddi nəticələri olacaq. Biz özümüzü müdafiə tədbirləri görməkdən çəkinməyəcəyik”.
BMT Təhlükəsizlik Şurasının üzvləri yekunda İsrail və İranı bir-birinə qarşı qarşılıqlı hücumlar silsiləsini kəsməyə çağırıblar.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının fövqəladə iclası İsrailin şənbə günü gecə İrana hava zərbələrindən sonra İranın tələbi ilə çağırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm