İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, hazırda Tehranın əsas diqqəti ABŞ ilə danışıqlara deyil, ölkənin müdafiəsinin təmin edilməsinə yönəlib.
Sherg.az xəbər verir ki, Bəqai ABŞ ilə mümkün danışıqların perspektivlərinə dair sualı cavablandırarkən, "Hazırda diqqət müdafiəyə yönəlib", - deyə bildirib.
Onun sözlərinə görə, qarşı tərəf öhdəliklərini pozduğu hallarda İran da öz öhdəliklərini yerinə yetirməkdən imtina edib.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında gərginlik yenidən artıb. Bu fonda Tehran təhlükəsizlik və müdafiə məsələlərini prioritet hesab etdiyini vurğulayır.