İranlı motosikletçilərdən sülh yürüşü: İlk dayanacaq Ermənistan

İranlı motosikletçilər Ramazani və Qolbaft “Hamıya sülh, müharibəyə yox” şüarı ilə başladılan beynəlxalq motosürüş çərçivəsində ilk dayanacaqlarını Ermənistanda ediblər.

Sherg.az xəbər verir ki, İranın Taybad şəhərindən yola çıxan iştirakçılar 2 mindən çox kilometr qət edərək Yerevana çatıb, burada Göy Məscid və İran səfirliyinin Mədəniyyət Mərkəzini ziyarət ediblər. Onlar missiyalarının sülhün təşviqi, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və İran mədəniyyətinin tanıdılması olduğunu bildiriblər.

Ermənistandan sonra motosikletçilər səfərlərini Gürcüstanda davam etdiriblər.