İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi

Madrid Əyalət Məhkəməsi İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin peşəkar fəaliyyəti ilə bağlı iş üzrə ona qarşı tətbiq edilən qətimkan tədbirlərinin ləğvi barədə qərar çıxarıb.

Oxu.Az EFE agentliyinə istinadən xəbər verir ki, iyunun 20-də hakim Xuan Karlos Peynado Baş nazirin xanımı barəsində məhkəmə araşdırmasına başlanılmasına qərar vermişdi. Qətimkan tədbiri olaraq, hakim B.Qomesin pasportunun müsadirə olunmasını və onun ölkə ərazisini tərk etməsinin qadağan edilməsini tələb etmişdi.

Bununla əlaqədar olaraq B.Qomes Peynadodan Ankaranın ev sahibliyi etdiyi NATO sammitinə (iyulun 7-8-də), daha sonra isə qızının məzuniyyət günü münasibətilə Londona getmək üçün icazə istəmişdi.

Xatırladaq ki, İspaniya baş nazirinin xanımı barəsində təhqiqat 2024-cü ildə başlayıb. O, vəsaitlərin mənimsənilməsi, nüfuzdan sui-istifadə, qanunsuz mənimsəmə və biznesdə korrupsiyada şübhəli bilinir.