İsrail Livanın cənubundakı üç ərazidə Hizbullahın mövqelərinə hücum edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Bəraşit, Beyt Yəhun və Nəbatiyə əl-Fəvqa şəhərlərinə hava hücumları həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Naharnet" xəbər portalı məlumat yayıb.

Məlumata görə, bu şəhərlərdə yerləşən Hizbullaha məxsus hərbi obyektlərə hücum edilib. Vurulan ərazilərdən səmaya qatı tüstü qalxır.

Yerli hakimiyyət orqanları hələlik heç bir itki və ya əmlaka dəyən ziyan barədə məlumat verməyib. Çərşənbə günü İsrailin Livanın cənubunda pilotsuz təyyarələrinin hücumları nəticəsində Hizbullahın üç üzvü öldürülüb.

Günün birinci yarısında İsrail artilleriyası müqavimət döyüşçülərinin hərəkət etdiyi Mərcayun sərhəd bölgəsindəki Bani Hayyan və Tallusa kəndlərini atəşə tutub.