İsrail dövlətinin BMT-dəki daimi nümayəndəsi Denni Danon ölkəsinin Hərbi Hava Qüvvələrinin İranın Minab şəhərində qızlar üçün ibtidai məktəbə edilən hücumda iştirak etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, jurnalistlərin məsələ ilə bağlı sualına cavab olaraq bildirib: "Biz bu cür hadisələri araşdırırıq və İsrail Hərbi Hava Qüvvələrinin bu hadisədə iştirak etdiyinə inanmırıq".
Danona görə, İsrail mülki hədəflərə zərbə endirmir, hərbi infrastrukturu vurur.