İsrail Yəmənin Hüdeyda limanına 10-dan çox hava zərbəsi endirib - YENİLƏNİB
14:11 16.09.2025
Dünya
326
Yəməndəki husilərə aid hərbi obyektlərə zərbələr endirilir.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəmənin Hüdeyda limanında husilərə məxsus hərbi infrastruktur obyektinə zərbə endirib.
Qeyd edilib ki, “Hüdeyda limanı husilər tərəfindən İran rejimi tərəfindən təmin edilən silahların ötürülməsi, İsrail dövlətinə və onun müttəfiqlərinə qarşı hücumlar həyata keçirmək üçün istifadə olunur”.
Diqqətə çatdırılıb ki, hücum husilərin İsrail dövlətinə dəfələrlə hücumlarına, o cümlədən İsrail Dövləti istiqamətində pilotsuz uçuş aparatlarının və "yer-yer" sinifli raketlərin atılmasına cavab olaraq edilib.
“Husi terror rejimi İsrail dövlətinə və müttəfiqlərinə zərər vermək üçün İran rejiminin rəhbərliyi və maliyyəsi altında fəaliyyət göstərir. Terror rejimi güc nümayiş etdirmək və dünya dəniz və ticarət yollarına qarşı terror fəaliyyətlərini həyata keçirmək üçün dəniz məkanından istifadə edir. İsrail Müdafiə Qüvvələri husi terror rejiminin İsrail Dövlətinə qarşı təkrar hücumlarına qətiyyətlə qarşı çıxmağa davam edəcək”, - məlumatda deyilir.
***
17:20
İsrail Yəmənə hücum edir.
APA “Al Masirah” kanalına istinadən xəbər verir ki, İsrail qırıcıları hazırda Yəmənin Hüdeyda şəhərinə hücum edir.
Qeyd edək ki, bir neçə saat əvvəl İsrail ordusu Yəmənə hücum edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm