İsraildə növbədənkənar parlament seçkilərinin oktyabrın 27-də keçiriləcəyi bildirilir. Məlumata görə, Knesset iyulun 17-də buraxılacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail parlamenti - Knesset iyulun 17-də buraxılacaq. Bununla əlaqədar növbədənkənar parlament seçkiləri oktyabrın 27-nə təyin olunacaq.
Qeyd edək ki, bundan əvvəl Axios nəşri ABŞ Prezidenti Donald Trampın ətrafında İsrailin Baş naziri Benyamin Netanyahuya münasibətdə skeptik yanaşmanın gücləndiyini yazmışdı.