
İsveç qorxuya düşüb: Rusiyanın hücumu gözlənilir?
12:20 08.01.2024
Dünya
516
“İsveçdə də savaş baş verə bilər, xalqımız müharibəyə hazır olmalıdır”.
Bunu İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin deyib.
"Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşdiyini və rəsmi Moskvanın ölkəsi üçün ciddi risk olduğunu-", nazir qeyd edib.
Karl Oskarın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, İsveçin NATO-ya namizədliyi irəli sürülən zaman onlar, o qədər də həvəsli deyildilər:

"Sadəcə olaraq məcburiyyət qarşısında NATO-ya üzv olmaq istəyirdilər. Amma indi Ukraynaya ABŞ və Qərbin dəstəyi azalıb. Eyni zamanda Ukrayna savaşında Rusiya tərəfi təşəbbüsü ələ almağa başlayıb. Ehtimal olunur ki, Rusiya bu savaşda qalib gəlmə şansı qazanıb. Belə olan təqdirdə isə İsveç qorxuya düşüb. Ona görə də tez-tələsik NATO-nun təhlükəsizlik çətiri altına sığınmağa çalışır. Yəni, Rusiya Ukrayna üzərində qalib gələrsə, Şimal qonşumuzun hədəfləri sırasına Avropa ölkələri də düşə bilər. Hazırda Rusiyanın ən çox hədələdiyi ölkələr sırasında Finlandiya, Polşa və İsveç yer alır. İsveç Ukrayna savaşındakı vəziyyətin dəyişməsindən qorxaraq mümkün qədər NATO-ya tez daxil olmağa çalışır. Amma Ukrayna savaşının yaxın zamanda bitəcəyi gözlənilən deyil. Ukrayna müharibəsinin taleyi ABŞ-da keçiriləcək Prezident seçkilərindən sonra bəlli olacaq. Ona görə də yaxın bir neçə il ərzində hansısa Avropa dövlətinin birbaşa Rusiyanın aqressiyasına məruz qalma ehtimalı nəzəri xarakter daşıyır ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region