İtaliyanın Rusiyadakı hərbi attaşesi heç bir səbəb göstərilmədən ölkədən çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Rusiya heç bir əsas olmadan Moskvadakı İtaliya hərbi attaşesini əməkdaşı ilə birlikdə ölkədən çıxarıb. Söhbət onlardan (İtaliya diplomatlarından - red.) fərqli olaraq, milli təhlükəsizliyimizə zərər vuran casusluq fəaliyyəti həyata keçirərkən cinayət başında saxlanılan iki Rusiya hərbi attaşesinin İtaliyadan çıxarılmasına verilən nümayişkaranə cavabdan gedir", - İtaliya diplomatiyasının rəhbəri yazıb.
Xatırladaq ki, iyulun 9-da Tayani Rusiya hərbi attaşelərinin Romadan çıxarılması ilə bağlı qərar verildiyini açıqlayıb.