Kıbrıs Sülh Hərəkatının 52-ci ildönümü: Əfsanəvi tankın sürücüsü həmin günləri xatırladı

Türk Silahlı Qüvvələrinin 1974-cü il iyulun 20-də həyata keçirdiyi Kipr (Kıbrıs) Sülh Hərəkatının 52-ci ildönümü qeyd olunur.

Sherg.az xəbər verir ki, hərəkat zamanı Beşbarmaq dağlarında döyüşən və sonradan “əfsanəvi tank” kimi tanınan zirehli texnikanın sürücüsü, qazi Abdulkadir Kurt həmin günləri yada salıb.

Vanın Erciş rayonunda yaşayan 73 yaşlı qazi bildirib ki, çox çətin şəraitdə xidmət aparıblar. Onun sözlərinə görə, tank qayalıqlar və dərin uçurumlarla əhatələnmiş ərazidə hərəkət edib, ekipaj isə günlərlə yuxusuz qalıb.

Abdulkadir Kurt düşmənin yerləşdirdiyi tank əleyhinə minanın partlaması nəticəsində yaralansa da, döyüşü yarımçıq qoymadığını deyib. O, həmin günlərdə Çanaqqala ruhu ilə mübarizə apardıqlarını vurğulayaraq, əsas məqsədlərinin vətən borcunu yerinə yetirmək olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Kipr Sülh Hərəkatının ildönümü münasibətilə paylaşdığı mesajda şəhidləri anıb, qazilərə minnətdarlığını ifadə edib və Türkiyənin Kipr türklərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.