King Kong tapıldı: Nəsli kəsilmiş sayılırdı
Yusif Nəzərli
04:44 12.01.2024
Dünya
908
Bir zamanlar elm dünyasının kəşf etdiyi qorilla cinsindən nəhəng meymun yenidən üzə çıxıb. Uzun illərdir ki, elm dünyası nəhəng meymunların nəslinin kəsildiyini zənn edirdi. İllər əvvəl görüntüləri yayılmış nəhəng qorilla meymununun boyu 3 metrə yaxın və digər iriçəkili, irigövdəli meymunlardan 2 dəfə böyük ölçüdə olub. Ona “həqiqi King Kong” adı verilib. Lakin bir müddət sonra qorilla gözdən itib. Onun görünməməsi poliontologiya elmində sirr kimi qəbul edilib, alimlər bunun səbəbini araşdırmağa çalışıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, alman-holland poleontoloq G.H.R. von Koeniqsvald, ötən əsrdə Honq-Konqdda səfərdə olarkən apteklərdən birində tibbi "əjdaha sümüyü” kimi satılan dişləri gördükdə bunun nəhəng meymuna məxsus olduğunu müəyyənləşdirib. Bu, nəhəng meymunların varlığı barədə ilk ehtimal kimi ortaya atılıb. Bundan sonra Çinin cənubundakı mağaralarda nəsli tükənmiş meymunlara aid skeletlərdən 2 min diş və 4 çənə sümüyü tapılıb. Bu nadir tapıntılar nəhəng meymunlarla bağlı yeni araşdırmalara təkan verib, onların yoxolma səbəblərinə işıq salıb. Tədqiqatçılar həqiqi nəhəng meymunların 295 – 215 min il öncə yaşadığını və iqlim dəyişikliyi nəticəsində onlar üçün əsas yem bazasının təşkil edən bitki örtüyünün dəyişməsi səbəbindən tələf olduqları mülahizəsini irəli sürür. Meymunlar dəyişən bitki örtüyünə uyğunlaşa bilməyiblər və nəsilləri kəsilib. Meymunlar o vaxtadək zəngin meşələrdə yetişən meyvələrlə qidalanıb. Meşələrin quruluşu dəyişdikcə, meyvələr də dəyişib və Kinq-Konqlar getdikcə acından ölüblər. Sümükləşmiş meymun dişlərində ağac qabıqlarının, nazik budaqların liflərinin buraxdığı izlər bunu söyləməyə əsas verir ki, onlar daha az meyvə yeyib, ac qalmamaq üçün ağac qabıqları, kövrək budaqlarla qidalanıblar. Bu isə onların sonunu yaxınlaşdırıb. Meymunların bu vəziyyətlə bağlı hətta xroniki stress keçirdiyi də iddia edilir. Bu nəhəng meymunların üst dişləri adi qorilla meymununkundan 57.8 dəfə, alt dişləri isə 33 dəfə böyükdür. Bu da onların bədən çəkisinin 200-300 kiloqram olduğunu göstərir. Bu dərəcədə nəhəng canlı sözsüz ki, yerdə yaşayıb, yumruqları üzərində hərəkət edib. Onların ən yaxın “qohumu” “Bornean oranqutanı”dır. Böyük ehtimalla nəhəng qorilla cinsinə mənsub meymun hazırda Çinin meşəlik ərazilərində yaşaya bilər. İnsanların nə zamansa “Kinq-Konq”la rastlaşacaqları da mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya