KİV: "Ermənistan Ukraynadakı münaqişədən mənfəət əldə edir"
KİV: "Ermənistan Ukraynadakı münaqişədən mənfəət əldə edir"
09:54 23.10.2024
Dünya
410
"Ermənistan Ukraynadakı müharibədən mənfəət əldə edir, üstəlik, Rusiya Federasiyasına Qərb sanksiyalarından yan keçməyə kömək edir".
Oxu.Az-ın məlumatına görə, bu fikirlər "Euronews"da dərc olunan məqalədə yer alıb.
Müəllif qeyd edir ki, Ermənistan münaqişənin birbaşa iştirakçısı olmasa da, onun Rusiya ilə iqtisadi əlaqələri, xüsusən də malların təkrar ixracı və sanksiyalara məruz qalan Rusiya şirkətləri ilə beynəlxalq bazar arasında vasitəçi olması, İrəvanı tənqid hədəfinə çevirib.
"Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri, xüsusilə Qərbin Rusiyaya qarşı sanksiyaları tətbiq etməsindən sonra, çiçəkləndi. Rusiya Federasiyası iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını bildirərək, ötən il 7,4 milyard dollara çatdığını və bu ilin birinci yarısında artaraq 8,3 milyard dolları ötdüyünü qeyd edib. Hesablamalara görə, cari temp davam edərsə, ticarət dövriyyəsi bu ilin sonuna kimi 14-16 milyard dollara çata bilər", - müəllif vurğulayır.
Yazıda qeyd olunur ki, bu sürətli iqtisadi münasibətlərin inkişafını Ermənistanın öz təkrar ixrac mərkəzi statusundan istifadə edərək Rusiyaya Qərbin sanksiyalarından yan keçməsinə imkan verməsi kimi şərh etmək olar:
"Ermənistanın geosiyasi sferada mühüm rola yüksəlməsi dolayısı ilə Rusiyanın sanksiyalar qarşısında iqtisadi dayanıqlılığını gücləndirib. Ölkə, təbii ki, öz maraqlarını irəli aparmağa fokuslanıb, lakin bu dinamika Rusiyanı təcrid etmək üçün qlobal səyləri sarsıdır. Təkrar ixraca icazə verməklə və güclü ticarət əlaqələrini saxlamaqla Ermənistan sanksiyaların təsirini yumşaltmağa kömək edir, eyni zamanda, Rusiyaya qadağan olunmuş mal və texnologiyalara davamlı çıxış imkanı verir. Bu ölkə həm də Rusiya qiymətli daş-qaşları və qızıllarının təkrar ixracı da daxil olmaqla sanksiyalardan yayınmada Moskva üçün mühüm alətə çevrilib. 2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur".
Müəllif xatırladır ki, Ermənistanın Rusiya ilə sıx əlaqələri diqqətdən kənarda qalmır, lakin bütün bunların müqabilində Qərbin reaksiyaları nisbətən təmkinlidir:
"Pərdə arxasında, çox güman ki, güclü elitalar tərəfindən həyata keçirilən və böyük piar və kommunikasiya şirkətləri tərəfindən dəstəklənən yaxşı təşkil edilmiş lobbiçilik səyləri də mühüm rol oynayır".
Müəllif onu da qeyd edir ki, Ermənistanın iqtisadi artımı Rusiya ilə ticarətin artması ilə stimullaşdırılır və dolayı yolla Ukraynadakı müharibə tərəfindən subsidiyalaşdırılır:
"Bununla belə, diplomatik arenada Ermənistanın baş naziri Nikol Paşinyan, xüsusilə Ukraynada münaqişənin başlamasından sonra, Rusiya ilə nümayişkaranə şəkildə məsafə saxlamağa cəhd edir. Ermənistanın diplomatik səylərinin, həqiqətən, səmimi olub-olmadığını və ya qlobal qeyri-sabitlikdən, xüsusilə davam edən müharibə kontekstində, faydalanmağa yönəlmiş opportunist manevrlər olduğunu müəyyən etmək getdikcə çətinləşir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə