Kiyevdə etirazlar başladı

Ukraynanın Poltava vilayətinin sakinləri Kiyevdə Ali Radanın binası qarşısında toplaşıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Sakinlər Ukrayna Dövlət Maliyyə Monitorinqi Xidmətinin rəhbəri Filipp Proninin vilayət administrasiyası rəhbəri olduğu müddətdə dövlət vəsaitlərini mənimsəməsinə görə məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Vətəndaşlar öz tələblərini əks etdirən lövhələr qaldırıblar.