
Kİyevin Aİ xülyası: Üzvlük qərarı kimdən asılıdır?
13:08 22.01.2024
Dünya
458
Ukrayna hökuməti hesab edir ki, onlar yaxın bir neçə il ərzində Avropa Birliyinə (AB) qoşulmaq üçün bütün şərtləri yerinə yetirmək iqtidarındadırlar, lakin quruma daxil olmaq üzrə yekun qərar onlardan asılı deyil.
Bunu Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.
“AB-yə daxil olmağın vaxtı barədə danışmayacağam, çünki bu qərarlar Ukraynadan asılı deyil. Nəzərə alsaq ki, AB ilə Assosiasiya Sazişinin və son bir ildə başa çatan marafonun həyata keçirilməsinə on il lazım olub. Ona görə də hesab edirəm ki, Ukraynanın öz öhdəliklərini yerinə yetirmək üçün cəmi bir neçə ili olacaq”, - Stefanişina bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, iqtisadi istiqamətlər də müharibə və sülh məsələsi kimi mübahisəli ola bilər:

"Ukrayna da Avropa İttifaqına (Aİ) qoşulmaq istəməsi fonunda bunu artıq öyrənmək üzrədir. Bu baxımdan Avropa İttifaqı ölkələrinin yaxın zamanda Ukraynanın tezliklə üzv olmasını qəbul edəcəyini demək olmaz. Bunu şərtləndirən bir neçə məsələlər var. Aİ cəsarətli ambisiyaya malik ticarət bloku kimi yaranıb. Ona görə də təkcə siyasi məsələlər yox, kənd təsərrüfatı da Aİ-Ukrayna danışıqlarında ən həssas mövzulardandır. Çünki Aİ-də dörddə biri ilə müqayisədə Ukrayna ərazisinin yarıdan çoxu əkin üçün yararlıdır. Bu da Avropa İttifaqının üzvü ölkələrinin fermerləri üçün daha sərt rəqabət deməkdir. Nəticədə isə bu proseslər Aİ-də fermerlərin reaksiyasına səbəb olacaq və hökumətlərə böyük təzyiqlərlə nəticələnə bilərdi. Aİ-nin araşdırmalarında deyilir ki, ümumilikdə, Avropa İttifaqının 7 illik büdcəsi ərzində Ukrayna 186,3 milyard avro əldə edə biləcəkdi. Bu da Aİ-nin hazırkı 27 üzvünün əksəriyyəti üçün böyük problem demək olardı. Avropa Şurasının sədri Şarl Mişelin sözlərinə görə, hər iki tərəf “öz tapşırıqlarını yerinə yetirsə, Ukrayna 2030-cu ilə qədər Aİ-yə üzv ola bilər”. Əslində, müharibədən əziyyət çəkən ölkənin asanlıqla ittifaqa üzv olması hazırkı geosiyasi reallıqda mümkün görünməsə də, Böyük Britaniya və ABŞ da daxil olmaqla bir çox ölkədə keçirilən seçkilərdə dəyişikliklər baş verərsə, bu, Ukraynanın Aİ-yə qoşulması yönündə mənfi və müsbət təsir edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bazara “Xırçıldayan ləzzət” gəlir
17:03 20.05.2026
İqtisadiyyat
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual