Köpək balığı sahildə can verdi
Yusif Nəzərli
05:03 28.01.2024
Dünya
354
Onun çəkisinin 200 kiloqram olduğu bildirilib
İspaniyanın cənub-şərqindəki Puerto de Mazarron çimərliyində istirahət edənlər dəhşət yaşayıb. Bura turistlərin ən çox ziyarət etdiyi məkandır.
“Sherg.az” “Milliyet.ocm.tr”yə istinadən bildirir ki, istirahətin pik saatında çimərlikdə olanlar anidən qarşılarında nəhəng köpək balığı görüb. Dəhşətə düşən turistlər qışqıraraq sahilə can atıblar. Yerli medianın xəbərinə görə, köpək balığı bir neçə gün öncə də çimərlik sularında görünüb. Mümkün təhlükəni önləməyə çalışan yerli orqanlar turistlərdən bu günlərdə dənizdə çimməməyi xahiş edib. Çimərliyə yaxın ərazidə yaşayanlara da xəbərdarlıq edilib. Lakin görünür ki, turistlər dəniz keyfi almağı üstün tutublar. Nəticədə 2 metr uzunluğunda nəhəng köpək balığı ilə rastlaşıblar. Köpək balığı özünü sahilə vurub. Bir neçə nəfər onu təkrar dənizə qaytarmaq istəsə də, bu, mümkün olmayıb. Və köpək balığı sahildə can verib. Onun çəkisinin 200 kiloqram olduğu bildirilib. Araşdırma aparan baytar həkimlər ölmüş köpək balığının yumru burun, şüşə gözlü köpək balığı cinsinə aid olmasını müəyyən edib. Bu cins köpək balıqları Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən nəsli kəsilməkdə olan sinfə aid edilib. Və onun ovlanması qadağandır. Güman edilir ki, bu köpək balığı cavandır və yolunu azaraq sahilə tərəf üzüb. Onun yaralı olduğu və bu səbəbdən artıq üzə blimədiyi də qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya