Kral gəlir: Yüz minlərlə insan küçələrə çıxacaq
Yusif Nəzərli
16:06 14.01.2024
Dünya
390
Bu gün vəliəhd şahzadəsi X Frederik Danimarka kralı olacaq. Yüz minlərlə danimarkalının yeni kralın şərəfinə Kopenhagen küçələrinə çıxması gözlənilir. Kraliça Marqrete Yeni il nitqində taxtdan imtina etdiyini elan etdikdən bəri, danimarkalıların kral bayramına hazırlaşmaq üçün cəmi iki həftəsi olub.
AZƏRTAC xəbər verir ki, Kopenhagendəki Tivoli bağlarında əyləncə parkı tarixində ən böyük atəşfəşanlıq olacaq. Kopenhagendəki qədim “La glace” şirniyyat mağazasında marsipan və qızıl örtüklü kral tortu hazırlanıb. Danimarkanın digər yerlərindən Kopenhagenə gedən bütün qatar, avtobus və təyyarə biletləri satılıb.
Taxt dəyişməsi Danimarkaya qarşı terror təhlükəsinin artması ilə eyni vaxtda baş verir. Cəmi bir neçə həftə əvvəl Danimarkaya qarşı terror aktları planlaşdırmaqda şübhəli bilinən bir neçə nəfər həbs olunub. Polis yüksək hazırlıq vəziyyətindədir. Ən böyük ada olan Zelandiyadan olan polislər xidmət edəcəklər.
Danimarkaya kursantlar və yığma qoşun da çağırılıb. Kopenhagenin çox hissəsi nəqliyyat hərəkəti üçün bağlanıb, pilotsuz aparatların uçuşu qadağan edilib. Lakin təmtəraqlı tacqoyma mərasimi olmayacaq. Danimarkada VIII Kristianın kral olduğu 1840-cı ildən bəri belə bir mərasim olmayıb. Kopenhagendəki Rusenborq qalasının altında yerləşən qiymətli əşyaların saxlanması üçün xüsusi yerdə olan qızıl və qiymətli daşlardan ibarət kral tacı yalnız Danimarka monarxının ölümündən sonra istifadə olunur. Bunun əvəzində, yeni kral X Frederikin taxt dəyişikliyini elan edəcək Baş nazir Mette Frederiksen ilə birlikdə Kristiansborq qalasının eyvanına çıxması gözlənilir. Danimarkanın “Politiken” qəzeti və “TV2” telekanalının apardığı yeni sorğuya görə, yeni kral Frederik xalq tərəfindən geniş şəkildə dəstəklənir və əhalinin 78 faizi hesab edir ki, Danimarka monarxiya olaraq qalmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol