Lavrov: “NATO-nun Ukraynadakı sülhməramlıları Rusiya ilə birbaşa toqquşmaya səbəb olacaq”
Yusif Nəzərli
12:19 23.03.2022
Dünya
525
NATO sülhməramlılarının meydana çıxması Rusiya Federasiyası ilə birbaşa toqquşmaya səbəb olacaq.
Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib.
Xarici işlər naziri polşalı həmkarlarının NATO sülhməramlılarının Ukraynaya göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatlarına diqqət çəkib.
“Ümid edirəm ki, onlar nədən danışdıqlarını başa düşürlər. Bu, Rusiya və NATO silahlı qüvvələri arasında birbaşa toqquşmaya səbəb olacaq, hansı ki, hamı nəinki bundan qaçmaq istəyirdi, həm də bunun baş verməməli olduğunu bəyan edirdi”, - deyə Lavrov bildirib.
Onun fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski də buna çalışır və Avropa ölkələrinin parlamentlərində çıxışında emosiyalarının ona kömək olacağına ümid edir.
Lavrov Ukraynanı Rusiyanın müstəqilliyini boğmaq üçün alət adlandırıb.
Bununla belə XİN rəhbəri qeyd edib ki, Moskva Qərbin vasitəçi rolu oynamasına qarşı deyil.
“Ancaq bizim uzun illərdir danışdığımız tamamilə aydın “qırmızı xət”lərimiz var”, - deyə Lavrov vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, Rusiyaya Ukrayna ilə “dəmir” sazişlər lazımdır ki, heç kim onları pozmağa cəhd etməsin.
Mənbə: rg.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm