Lavrov: Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək
14:02 06.11.2024
Dünya
411
Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu “Valday” klubunun iclasından əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bildirib.
Rusiya XİN başçısı NATO, Ukrayna və keçmiş sovet respublikaları ilə əlaqələrdən danışıb.
O bildirib ki, əgər NATO və ya təşkilata üzv hər hansı ölkə Rusiyaya qarşı aqressiv hərəkətlərə yol verərsə, cavab adekvat olacaq və okeanın o tayında oturmaq alınmayacaq.
Lavrovun sözlərinə görə, ABŞ hakimiyyətinin rusofob siyasəti onların daxili və xarici siyasətidir. "Moskva ABŞ-la dialoqu mümkün hesab edir, lakin bu dialoq bərabər əsasda olmalıdır. Bir şərtlə ki, Amerika əməldə vicdanla danışıqlara hazır olduğunu təsdiq etsin.
Keçmiş Sovet İttifaqı respublikalarına gəlincə, Lavrov Rusiyanın respublikaların rəhbərliyinə qərar qəbul edərkən təzyiq etmədiyini söyləyib: "Məsələn, Ermənistan və Azərbaycanla bağlı vəziyyətdə, onların sülhə dair qərarları ilə bağlı vəziyyətdə belə olmuşdu".
Lavrov vurğulayıb ki, Qərbin mane olmaq cəhdlərinə baxmayaraq, Rusiya ilə Qazaxıstan arasında əməkdaşlıq uğurla inkişaf edir: "Biz həmçinin Gürcüstanla münasibətləri normallaşdırmağa hazırıq və Moldovanın sağlam düşüncəli olacağına ümid edirik ki, bu da Dnestryanıda münaqişənin genişlənməsinə imkan verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət