Lavrov: Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirir

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəyinki ləğv etməyə tələsmir, əksinə, onları gücləndirir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında cari xarici siyasət məsələləri ilə bağlı məruzəsində bildirib.

Bununla belə, Lavrov Rusiyanın Trampın Ukrayna ilə bağlı dialoqa sadiqliyini yüksək qiymətləndirdiyini söyləyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.