Livanda parlament seçkiləri 2 il müddətinə təxirə salınıb

Livanda parlament seçkiləri iki il müddətinə təxirə salınıb.

APA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Livan parlamentinin 76 deputatı may ayında keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınmasının lehinə, 41 nəfər isə əleyhinə səs verib, 4 parlament üzvü bitərəf qalıb.

Buna səbəb kimi Hizbullah və İsrail arasında davam edən münaqişə göstərilir.