Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın komandasının nümayəndələrini, ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Kolu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidentinin Ofisi məlumat yayıb.

Prezident Lukaşenko Kolu ABŞ-nin Belarus üzrə xüsusi elçisi təyin olunması münasibətilə təbrik edib.

"Artıq sən Belarus üzrə ən yüksək vəzifəli şəxssən. Trampa de ki, bu barədə nə isə etməliyik. Və biz bunu edəcəyik. Bizim bir çox sualımız var. Dünya çox sürətlə dəyişir, səninlə müzakirə etməli olduğumuz yeni problemlər ortaya çıxır. Və bəlkə də bəzi məsələləri həll edəcəyik", - deyə Aleksandr Lukaşenko qeyd edib.

O, amerikalı həmkarı ABŞ Prezidenti Donald Trampın hərəkətlərini müsbət qiymətləndirib.

Görüşün qalan hissəsi qapalı qapılar arxasında keçirilib.