Makron Trampa hərbi dəstək üçün təzyiq etdi

Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə keçirdiyi görüşdə ABŞ Prezidenti Donald Trampa təzyiq edib ki, sülh razılaşmasından sonra Ukraynaya göndərilməsi planlaşdırılan fransız və ingilis əsgərlərinə hərbi dəstək göstərilsin.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

“Makron Trampa ABŞ-ın Rusiya ilə sülh sazişi bağlayacağı təqdirdə Böyük Britaniya və Fransanın Ukraynaya yerləşdirməyə hazır olduğu minlərlə hərbçiyə ABŞ-dan hərbi dəstək verməsini tələb edib. Onlar təfərrüata varmadı, amma Tramp bu fikrə açıq idi. Fransa prezidenti Amerika lideri ilə razılığa gəldiyini düşünərək Vaşinqtonu tərk edib”, - o bildirib.