Media ABŞ-nin Çinə etdiyi xahişindən xəbər tutdu
17:54 24.01.2024
Dünya
316
ABŞ dəfələrlə Çindən Yaxın Şərqdə gərginliyi alovlandırmamaq və husiləri cilovlamaq üçün İrana xəbərdarlıq göndərməsini xahiş edib.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ son üç ay ərzində dəfələrlə Çinin yüksəksəviyyəli rəsmiləri qarşısında məsələ qaldırıb. Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və onun müavini Conatan Fayner bunu Çin Kommunist Partiyasının beynəlxalq departamentinin rəhbəri Lyu Tszyançao ilə müzakirə edib. Həmçinin dövlət katibi Antoni Blinken də məsələ qaldırıb.
Ancaq amerikalı rəsmilər Pekinin Qırmızı dənizdə gəmilərin təhlükəsiz keçməsini tələb edən bəyanatından başqa, Çinin İrana hər hansı şəkildə təsir göstərməyə çalışdığına dair çox az dəlilin olduğunu bildiriblər.
Qeyd edək ki, İrana bağlı olan Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üzvləri HƏMAS-ın İsrailə hücuma başlamasından sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual