Mərakeşin Fəz şəhərində bir-birinə bitişik iki binanın çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fəz şəhər prokurorluğu məlumat yayıb.
Məlumata görə, binalardan birində ümumiyyətlə yaşayan olmayıb, digərində isə körpənin doğumunun qeyd olunduğu Əqiqə mərasimi keçirilib.
Prokurorluq rəsmi itki sayının dəyişəcəyini istisna etməyib.