
Məsud Pezeşkian İbrahim Rəisinin proqramlarını icra edir -RƏY
11:03 01.09.2024
Dünya
590
İran Prezidenti Məsud Pezeşkian hədəflənən 8 faizlik artım üçün 100 milyard dollarlıq xarici investisiyaya ehtiyac duyulduğunu və iqtisadi problemlərin xarici əlaqələrlə bağlı olduğunu bildirib.
Məsud Pezeşkian dövlət televiziyasında qatılığı proqramda yeni hökumətin daxili və xarici siyasəti ilə bağlı qiymətləndirmələr edib. “İnsanların problemlərini həll etmək istəyirik. Diqqətimiz insanların məmnunluğudur. ABŞ və Avropanın ağır sanksiyalarına məruz qalırıq, lakin insanlara qarşı mehriban davranmalıyıq”, - İran prezidenti vurğulayıb.
İqtisadi problemlərə toxunan Pezeşkian xalqın mövcud vəziyyətini, yüksək inflyasiyanı hiss etdiyini və problemin həlli üçün işə başladıqlarını bildirib. “Ölkə daxilindəki fikir ayrılıqlarını, qonşularımızla və dünya ilə olan problemləri həll etməliyik”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Pezeşkianın açıqlaması İranda polisin hicab qaydalarına pozan vətəndaşlara qarşı kobud rəftarına münasibətidir:

“Bundan əvvəl də İranda müxtəlif ayətullahlar vətəndaşları incitməməyə çağırış edən bəyanatlar səsləndiriblər. İranın keçmiş prezidenti Məhəmməd Xatəmi də çıxışlarında bu tip məsələləri qabardıb. Bu baxımdan Məsud Pezeşkianın vətəndaşlar ilə mehriban davranmaq məsələsinə diqqəti yönəltməsi sözügedən prosesin davamıdır. Eyni zamanda, İranın prezidenti və Ali rəhbəri vətəndaşlarla normal davranmaqla bağlı açıqlamalar verirlər. Çünki ölkədə hakimiyyətdən narazılıq hər il daha da artır. Bu hakimiyyətin yürütdüyü xarici və daxili siyasət ucbatından Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının Tehran rejiminə qarşı sanksiyaları çoxalır. Həmin təzyiqlərin artması isə ölkədə iqtisadi, sosial, siyasi və mədəni sahadə müəyyən sıxıntılar yaradır. Məsələn, maaşlar verilmir, insanların güzaranı ağırlaşır. Belə olan halda işsizlik artır və insanlar ölkəni tərk edir. Bu tip məsələlər davam etdikcə ölkədə narazılıqlarda artır. Həmin narazılıqları Tehran hakimiyyəti güc, silah və dəyənəklə yatırtmağa çalışanda rejimə qarşı nifrət yaranır. Ona görə də rejimə qarşı etirazları azaltmaq üçün Pezeşkian insanlarla mehriban davranmaq fikrini təbliğ edir. Yəni guya hakimiyyət polisin insanlarla sərt davranması tərəfdarı deyil”.
S.Soltan söyləyib ki, İranda 1989-cu ildə İraqla müharibə bitdikdən sonra Əkbər Rəfsəncani prezident seçildi:
“Onun dövründə yenidənqurma prosesi başladı. Eyni zamanda, iqtisadi məsələlərə də diqqət ayrıldı. Daha sonra Məhəmməd Xatəmi də həmin məsələyə çox ciddi şəkildə diqqət ayırdı. Hətta, özəlləşdirilmə prosesinə başlanıldı. Məsələn, Xətaminin prezirentliyinin birinci dönəmi mədəni haqların verilməsi kimi yalan proqrama həsr olunsa da, ikinci dönəmində iqtisadiyyata önəm verəcəyini bildirdi. Bu istiqamətdə müəyyən addımlar atıldı. Mahmud Əhmədinejatın dövründə sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində işlər görüldü. İbrahim Rəisi də iqtisadiyyata diqqət ayırıb və müəyyən proqramla həyata keçirib. İndi isə Məsud Pezeşkian İbrahim Rəisinin proqramlarını icra edir. İran prezidentlərinin Nazirlər Kabinetində əsas vəzifəsi iqtisadiyyatın və sosial vəziyyətin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də Pezeşkianın iqtisadi məsələlərlə bağlı atdığı addımlar yeni məsələ deyil və ənənəvi fəaliyyətdir. Əgər Pezeşkian sözügedən məsələləri həyata keçirsə, bir qədər məsuliyyəti ilə seçilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə