Məzarı başında söz verdi, sözünü tutdu
Yusif Nəzərli
08:51 14.01.2024
Dünya
490
Zəlzələdə itirdiyi atasının qəzetinə sahib çıxdı
Faciələrə səbəb olan, xeyli sayda insan tələfatı ilə nəticələnən 2023-cü ilin 6 fevral zəlzələsi Adıyamanda 17 qəzetçinin də ömrünü sonlandırdı. Zəlzələ dağıntıları altında qalaraq can verənlərdən biri də “Xalqın səsi” qəzetinin naşiri Zübeyir Pektaş olub.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, amma naşirin qızı Nəzirə Fırat atasının məsləyini davam etdirir. Anadolu Xəbər Agentliyinə danışan Nəzirə Fırat bildirib ki, qəzet nəşr etmək, cəmiyyətə doğru məlumatlar çatdırmaq atasının ən böyük arzusu, amalı olub, bu məqsədlə də Adıyamanda qəzet nəşr etməyə başlayıb. “Həmin günün səhəri qəzetin 208-ci sayı nəşr olunmalıydı. Amma zəlzələ atamı da, xəyallarını da məhv etdi. Atamın məzarı önündə söz verdim; atamın məsləyini, peşəsini davam etdirəcəyəm. Onun əmanəti olan qəzetə sahb çıxdım. Qəzetin 209-cu sayını nəşr etdirdim və ilk nüsxəni məzarlığa apardım, atamın məzarına qoydum”, söyləyən Nəzirə Fırat atasının adını, xatirəsini yaşatmaq üçün bu işi yenə davam etdirir. Lakin maliyyə sıxıntıları var. Qəzetin ofisi zəlzələdə dağıntılara məruz qalıb. Nəzirə atasının yadigarı olan qəzeti bir konteyner kirayələyərək orada nəşrə hazırlayır. Müraciət etdiyi yetkililər də hələ ki heç bir yardım göstərməyib. Nəzirə Fırat atasından yadigar qalan qəzeti ailəsinin, doğmalarının köməyi ilə nəşr edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol