Milyon dollarlıq maşınlar: Açarları üstündə səhranın ortasında qalıb
Yusif Nəzərli
07:43 28.01.2024
Dünya
504
Birləşmiş Ərəb Əmirlikləri lyuks avtomobillərin “ağzı günə” qaldığı səhra ilə də məşhurlaşıb. Bunlar vaxtilə az sayda istehsal olunmuş bahalı avtomobillərdir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, avtomobillər arasında "BMW", "Bugatti", "Ferrari" kimi məşhur modellər var. Onlar niyə taleyin ümidinə buraxılıb, maraqlıdır. Dubayda təkcə səhrada deyil, aeroportda, şəhər içində də, küçələrdə, ofislərin önündə bəzən bahalı avtomobillərin açarı üstündə dayandığı yerdəcə qaldığı, istifadə edilmədiyinə şahid olmaq mümkündür. Dubayda hər il 2-3 min lyuks avtomobildən imtina edilir və onlar səhranın qızmar günəşi altında qalıb çürüyürlər. Niyə? Məsələ burasındadır ki, Dubay sakinləri vergidən azaddır. Böyük məbləğdə kredit almaq isə çox asandır. Bu da bir çox insanın sonradan müflisləşməsinə səbəb olur. Böyük məbləğdə kredit götürən sakinlər müəyyən müddət sonra onu qaytarmaqda çətinlik çəkirlər. Şəriət qanunlarına görə, borcunu ödəməyən həbs edilir. Borclarını ödəyə bilmədikləri üçün həbs cəzası çəkməsinlər deyə ölkəni tərk etməyi seçirlər. Avtomobillərin içində üzrxahlıq məzmunlu qeydlər də buraxırlar. Beləcə, milyon dollarlıq avtomobilləri açarı üstündə qoyub gedirlər. Bu avtomobillərin bir çoxunun Dubayda iş qurmağa gəlmiş avropalılara məxsus olduğu da deyilir. Avtomobil sahiblərinə xəbərdarlıq edilir ki, 15 gün müddətində sahib çıxmasalar dövlət əmlakı hesab ediləcək. Dubay sakinlərinin üstünlüyü bundadır ki, onlar tərk edilmiş avtomobilləri ucuz qiymətə satın ala bilirlər. Dubay polisi də tərk edilmiş avtomobillərdən gen-bol istifadə edir. Şəhər küçələrində şütüyən polis avtomobillərinin bahalı və məşhur marka olmalarının bir səbəbi də budur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya