Misir Prezidenti: “Türkiyə ilə münasibətlərdə yeni səhifə açırıq”
18:38 14.02.2024
Dünya
403
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfəri çərçivəsində Qahirədə ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüş keçirib.
Danışıqlardan sonra dövlət başçıları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən öz fəaliyyətini bərpa etməsinə dair Birgə Bəyannaməni imzalayıblar.
“Türkiyə Misirin Şimali Afrikadakı ilk ortağıdır. Ankara ilə əlaqələrimiz günü-gündən artır. Yaxın gələcəkdə Türkiyə ilə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı hədəfləyirik. Prezident Ərdoğanın dəvətilə apreldə Türkiyəyə səfər etməyi səbirsizliklə gözləyirəm. Biz Ankara ilə münasibətlərdə yeni səhifə açırıq”, - deyə sənədlərin imzalanması mərasiminin ardından çıxış edən Misir Prezidenti bildirib.
O, Qəzzada atəşkəs məsələsində Türkiyə ilə tam razılığı, Liviya probleminə dair isə ölkələr arasında məsləhətləşmələrin gücləndiriləcəyini qeyd edib.
Xatırladaq ki, Ərdoğan son 12 ildə ilk dəfə olaraq Misirə səfər edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət