Moskva denasifikasiya tələbindən geri çəkilib? – “...Bu, Zelenskinin legitimliyini...”
Yusif Nəzərli
14:26 05.03.2022
Dünya
798
Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra tərəflər arasında keçirilən danışıqların iki “raundu” artıq geridə qalıb. Birinci mərhələ fevralın 28-də baş tutub və tərəflərin nümayəndələri dialoq üçün prioritet mövzuları müəyyənləşdirib,müəyyən həll yollarını qeyd ediblər.Martın 3-də keçirilən ikinci görüşdə isə onlar arasında humanitar dəhliz barədə qarşılıqlı anlaşma olub.Danışıqların üçüncü mərhələsinin isə yaxın günlərdə baş tutacağı gözlənilir.
“Azpost.info”nun baş redaktoru Xaqani Səfəroğlu gözlənilən görüşün növbəti raundu ilə bağlı fikirlərini “Sherg.az”a bölüşüb:
“Bundan əvvəl aparılan danışıqların hər iki mərhələsi atəş altında keçib. Amma dinc əhalinin çıxarılması üçün humanitar dəhliz və bunun üçün müvəqqəti atəşkəs barədə razılıq əldə olundu. Hər iki tərəf çox radikal əhvalda danışıqlarda iştirak edir. Rusiya Ukraynanın ərazi bütövlüyünü pozan, beynəlxalq sərhədlərini dağıdan şərtləri irəli sürüb. Bu isə heç bir halda Kiyev üçün məqbul deyil. Beynəlxalq vasitəçilərin-Fransanın, Almaniyanın səyləri də baş tutmur. Moskva heç bir halda geri çəkilməyəcəyini bəyan edir. Ukrayna rəsmilərinin açıqlamasında deyilir ki, Moskva denasifikasiya tələbindən geri çəkilib. Bu əgər təsdiq olunarsa, Rusiya tərəfindən Ukraynanın hazırkı hakimiyyətinin, prezident Zelenskinin legitim sayılması deməkdir. Danışıqlar platforması üçün legitimlik mühüm detaldır”.
X.Səfəroğlunun fikrincə, növbəti danışıqlarda rəsmi Kiyev Atom Elektrik Stansiyaları ətrafında vəziyyəti, dinc insanların təxliyyəsinin müzakirəsini təklif edə bilər:
“Eləcə də humanitar korridorlara beynəlxalq vasitəçilərin nəzarətinin cəlb olunmasını təklif edə bilər. Rusiya isə Ukraynanın neytral mövqeyinin müzakirəsini, xarici muzdlu döyüşçülərin Ukraynaya buraxılmamasını ilkin şərtlər kimi ortaya qoya bilər. Hazırda Ukraynada vəziyyət elədir ki, hər saat tamam fərqli situasiya yaranır. Əsas məsələ yekunda aydın olacaq ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi