Moskvaya doğru 350 PUA buraxıldı

Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan 50 ədəd PUA-nı məhv edib.

Axar.az xəbər verir ki, bunu Moskvanın meri Sergey Sobyanin deyib.

“Bundan əlavə, ötən axşamdan etibarən paytaxt regionu istiqamətinə ümumilikdə 350-dən çox PUA buraxılıb”, - Sobyanin bildirib.

Mer vurğulayıb ki, dronların əksəriyyəti uzaq məsafədən yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, Rusiya MN bu gecə ölkə ərazisi üzərində 342 PUA-nın vurulduğunu açıqlayıb.