
Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
07:35 08.11.2024
Dünya
582
Ona görə əksər rus turistləri ən yaxın Türkiyəyə üz tuturlar
Türkiyədə tur-paketlərin qiymətinin daha da bahalaşmasına rəğmən rusiyalı turistlərin sayının artması təbiidir
Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) 2024-cü ilin oktyabr ayında Antalyaya gedən rusiyalı turistlərin sayı ilə bağlı qiymətləndirmə dərc edib.
Hesabata görə, Antalya çimərlikləri bu il rus turistlər üçün çox məhsuldar dövr keçirib. Ötən ilin eyni ayında 431 min olan rusiyalı ziyarətçilərin sayı bu il 519 minə yüksəlib. Keçən oktyabr ayı ilə müqayisədə Antalyaya gələn rusiyalı turistlərin sayında 20 faiz artım olub.
ATOR rəsmiləri oktyabrda rusiyalı turist axınındakı bu artımı iki əsas amillə əlaqələndiriblər. Əvvəla, bir çox turist yay mövsümü qiymətlərinin yüksək olması səbəbindən tətil planlarını bilərəkdən payıza keçirib və mövsüm sonu endirimlərindən yararlanıb.
İkincisi, 2024-cü ilin payızının kifayət qədər isti keçməsi və hətta noyabr ayında dənizin temperaturunun 26 dərəcəyə çatması səbəbindən Kəmər kimi bölgələrdə tətil imkanları əlverişli olub.
Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə “Sherg.az"a açıqlamasında deyib ki, Türkiyədə tur-paketlərin qiymətinin daha da bahalaşmasına rəğmən rusiyalı turistlərin sayının artması təbiidir:

“Rusiya ilə bağlı dünyada siyasi gərginlik yaşanır. Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar bir çox qərb ölkələri Rusiya vətəndaşları üçün məhdudiyyətlər tətbiq edib. Rusiyalı turistlər Avropa ölkələrinə turistik səfər edə bilmədikləri üçün Şərq ölkələrinə üz tuturlar. Türkiyə də həm Avropa ölkəsi, həm də ənənəvi turizm məkanı olaraq rusiyalı turistlərin üz tutduqları ölkə sırasında yer alır. Ötən illə müqayisədə Antalyaya səfər edən turistlərin sayının artması da məhz bu səbəbdən qaynaqlanır. Sözsüz ki, Türkiyəyə gedən rusların arasında investisiya yatırımı edən, daşınmaz əmlak alan insanların sayı da az deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya