NASA böyük uğursuzluq yaşayır
NASA böyük uğursuzluq yaşayır
09:12 20.08.2024
Dünya
443
Bu gedişlə kosmonavtların geri dönüşü 2025-ci ilədək çəkə bilər
“Boeing” tərəfindən istehsal olunmuş “Starliner” kosmik gəmisində NASA-nın 2 kosmonavtı çarəsiz vəziyyətdə qalaraq geri dönə bilmir. Kosmonavtlar iyunun 5-i kosmik gəmi ilə sınaq uçuşu keçirib. Kosmik gəmi Florida ştatından kosmosa buraxılıb. Kosmonavtların kosmosda 1 həftə qalması planlaşdırılıb. Lakin texniki nasazlıq səbəbindən kosmonavtlar çətin vəziyyətə düşüb. Və artıq 3-cü aydır ki, kosmosdadırlar. NASA kosmonavtların təcili surətdə, tezliklə geri dönüş etmələri üçün çalışır, amma hələ ki bir nəticə hasil olmayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, NASA müxtəlif variantları gözdən keçirir. Variantlardan biri, amerikalı kosmonavtların Rusiyanın “Soyuz” kapsulu ilə geri dönə bilməsidir. Lakin ABŞ-də hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə - Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda bunu etmək doğru deyil. Yəni kosmonavtlar lap 1 il qoy kosmosda qalsın, təki Rusiyanın iştirakı ilə xilas gerçəkləşməsin. Digər bir yol, SpaceX-in “Dragon” kapsulu ilə kosmonavtların geri gətirilməsidir. Lakin “Dragon” kapsulu cəmi 4 nəfərlikdir. Bu kapsul “Crew8” vəzifəsini daşıyır və Beynəlxalq Kosmos Stansiyasındadır. Orada 4 kosmonavt çalışır. 4 nəfərlik kapsula 6 nəfər sıxışa bilərmi və bu uçuş təhlükəsiz ola bilərmi? NASA hazırda bunun üzərində işləyir. Bu gedişlə kosmonavtların geri dönüşü 2025-ci ilədək çəkə bilər. Bu isə NASA üçün böyük uğursuzluq deməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm