NASA-nın bu stansiya ilə əlaqəsi itdi

NASA Mars orbitində fəaliyyət göstərən MAVEN orbital stansiyasından siqnal almadığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “CBS News” məlumat verib.

Bildirilib ki, stansiya Marsın arxasında olarkən siqnal normal olub, lakin yenidən göründükdə siqnal yoxa çıxıb.

Qeyd edək ki, 2013-cü ildən orbitə buraxılan MAVEN Marsın atmosferdəki dəyişiklikləri və günəş küləklərini öyrənməyə kömək edirdi.