NATO-Rusiya gərginliyi davam edir
Yusif Nəzərli
23:14 30.11.2021
Dünya
642
İlqar Vəlizadə: "Nə öz iddialarından vaz keçirlər, nə də müharibə istəyirlər"
"Dialoq ona görə qaçılmazdır ki, tərəflər arasında müharibə başlamasın"
“NATO Rusiya ilə dialoqun mümkünlüyünə inanır, lakin eyni zamanda rəsmi Moskvaya qarşı məhdudlaşdırma siyasətini müdafiə edir”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Latviyanın Adazi hərbi bazasına səfəri zamanı deyib. Baş katib bildirib ki, hərbi alyans münaqişə tərəfdarı deyil. Təşkilatın məqsədi Rusiyanın hər hansı təcavüzünün qarşısını almaqdır. Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Moskvanın NATO ilə konstruktiv və bərabərhüquqlu dialoqa hazır olduğunu söyləyib. Lakin bir neçə gün sonra Rusiya Xarici İşlər Nazirliyi Qərbi yenidən ittiham edib. Nazirlikdən bildirilib ki, NATO məqsədli şəkildə Rusiyanın gücünü sınayır: “Hərbi alyans gəmilərini və təyyarələrini sərhədlərimiz yaxınlığına göndərərək bizim gücümüzü sınayır, Rusiyanı reaksiya verməyə məcbur edir. Bununla belə, bizim cavab tədbirlərimiz adekvat, mütənasib və təmkinlidir”. Məlumat üçün bildirək ki, Ukrayna və Polşa məsələsinə görə son günlər ABŞ-Rusiya arasında növbəti gərginlik yaşanmaqdadır.
Tərəflərin qarşıdurmasını “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadənin fikrincə, NATO-Rusiya gərginliyi ilə bağlı birmənalı fikir söyləmək çətindir. Ekspertin sözlərinə görə, hər iki tərəfin açıqlamalarında, sərgilədikləri yanaşmada paradoks var:
“Bir tərəfdən ABŞ və Rusiya dialoqa maraq göstərir. Səbəbi odur ki, uzun müddət dialoqsuz mühitin davam etməsi son nəticədə ciddi qarşıdurmaya, hərbi toqquşmalara gətirib çıxara bilər. Nə Qərb, nə də Rusiya müharibənin başlanmasında maraqlıdır. Çünki hər iki tərəf savaşın fəsadlarından, itkilərdən ehtiyat edirlər. Amma məsələ ondadır ki, NATO və Rusiya müxtəlif bölgələrlə bağlı ambisiyalarından, planlarından da vaz keçmir, əl çəkmirlər. NATO-nun müdafiə proqramlarına hər il külli miqdarda vəsait sərf olunur. Hərbi alyans Baltikyanı ölkələrdə müdafiə sistemlərini gücləndirir, Qara dəniz hövzəsində mövqelərini möhkəmləndirir, mühafizə sistemi yenidən qurulur. Rusiya da öz növbəsində Qara dənizdə hərbi-siyasi üstünlüyünü qoruyub saxlamaq üçün əlindən gələni edir. Donbasda, Abxaziya və Cənubi Osetiyada separatçıları dəstəkləyir. Yəni nə öz iddialarından vaz keçirlər, nə də müharibə istəyirlər. Dialoq ona görə qaçılmazdır ki, tərəflər arasında müharibə başlamasın. Amma hər iki tərəf öz məqsədlərində qalmağa davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm