Nepalda repçi baş nazir ola bilər

Nepalda gənclərin rəhbərlik etdiyi üsyandan sonra ölkə erkən seçkilərə gedir. Martın 5-də keçiriləcək ümumi seçkilər öncəsi Katmandu meri, repçi kimi tanınan Balen Şah baş nazir postuna ən güclü namizəd sayılır.

Sherg.az xəbər verir ki, 35 yaşlı siyasətçi ötən il baş verən və 77 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra populyarlığını artırıb. Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Şah xüsusilə gənclərin dəstəyini qazanıb.

Onun rəhbərlik etdiyi "Rastriya Svatantra Party" iki böyük qonşu - Çin və Hindistanla balanslı siyasət vəd edir. Analitiklər bildirirlər ki, Şahın hakimiyyətə gəlməsi ölkədə uzun illərdir formalaşmış ənənəvi siyasi düzəni dəyişə bilər.

İnşaat mühəndisi təhsili alan və rep musiqisi ilə tanınan Şah mahnılarında tez-tez ölkənin idarəçi elitasını tənqid edib və geniş ictimai dəstək qazanıb.