ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kubaya qarşı mümkün hərbi əməliyyat senarilərini, o cümlədən minlərlə amerikalı hərbçinin iştirakı ilə hava-desant əməliyyatını nəzərdən keçirib.
Sherg.az xəbər verir ki, bu barədə CBS News mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, belə bir əməliyyatı həyata keçirmək üçün ən hazırlıqlı hərbi birləşmə ABŞ-ın 101-ci Hava-Desant Diviziyası hesab olunur.
Mənbələrin iddiasına əsasən, ABŞ Prezidenti Donald Trampın Kuba ilə bağlı hər hansı qərar qəbul etmiş ola biləcəyi istisna edilmir. Lakin bu barədə hələlik rəsmi açıqlama verilməyib.
Bildirilib ki, Kubaya qarşı istənilən hərbi əməliyyat Pentaqon üçün ciddi çətinliklər yarada bilər. ABŞ dövlət katibi Marko Rubio isə daha əvvəl Vaşinqtonun islahatlara hazır texnokrat hökumətinə dinc keçidi dəstəklədiyini bildirmişdi. Bununla belə, ABŞ və Kuba arasında danışıqların hazırda dayandırıldığı qeyd olunur.