Pentaqon Peskovun nüvə silahı ilə bağlı dediklərini təhlükəli adlandırıb
Yusif Nəzərli
08:47 23.03.2022
Dünya
640
ABŞ Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin mətbuat katibinin Rusiyanın “ekzistensial təhlükə” ilə üzləşəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı bəyanını pisləyib. Pentaqonun sözçüsü Con Kirbi Moskvanın nüvə təhlükəsi ilə bağlı bəyanatlarını təhlükəli adlandırıb.
Qeyd edək ki, CNN telekanalına müsahibəsində Dmitri Peskov Moskvanın nüvə silahından istifadəni nəzərdən keçirib-keçirmədiyi sualından bir neçə dəfə yayınıb. Aparıcı Kristian Amanpur ondan Putinin nüvə arsenalından hansı şəraitdə istifadə edəcəyini soruşduqda Peskov belə cavab verib: “Ölkəmiz üçün ekzistensial təhlükə olarsa bu, mümkündür”.
Bu sözləri şərh edən Con Kirbi deyib: “Məsuliyyətli nüvə dövləti belə hərəkət etməməlidir”.
Eyni zamanda, Pentaqonun sözçüsü əlavə edib ki, departament hələlik onları strateji mühafizə mövqeyini dəyişməyə məcbur edəcək heç nə görmür.
Vladimir Putin fevralın 27-də Rusiyanın nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Qərb müdafiə rəsmiləri isə Rusiyanın strateji bombardmançıları, raketləri və sualtı qayıqlarının səfərbər olmasına dair heç bir əhəmiyyətli əlamət görmədiklərini söyləyib.
Rusiyanın nüvə silahından istifadə etməsi ölkənin mövcudluğuna təhlükə yarandığı təqdirdə milli təhlükəsizlik konsepsiyası ilə nəzərdə tutulub. Bu barədə çərşənbə axşamı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində bildirib.
“Bizim milli təhlükəsizlik konsepsiyamız var. Orada nüvə silahından istifadənin bütün səbəbləri haqqında oxuya bilərsiniz. Ölkəmizin varlığına təhlükə olarsa, ondan konsepsiyaya uyğun istifadə etmək olar. Mətndə sadalanan bir sıra başqa əsaslar da var”, - o, Rusiyanın nüvə silahından istifadəsini tamamilə istisna etməyin mümkün olub-olmaması sualına cavabında bildirib.
Mənbə: BBC
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət