Polşa, Ukraynaya MiQ-29 döyüş təyyarələri verəcək

Polşa Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasına görə, Polşa MiQ-29 döyüş təyyarələrini Ukraynaya bağışlamağı, əvəzində isə Ukraynadan dron və raket texnologiyası əldə etməyi nəzərdən keçirir.

Açıqlamada bildirilir ki, təyyarələrin təhvil verilməsi onların istifadə müddətinin sonuna yaxınlaşması və Polşa tərəfindən modernləşdirilmə perspektivinin olmaması ilə əlaqədardır. Hələlik son qərar verilməyib. Transferin NATO-nun şərq qanadının təhlükəsizliyini qorumaq və Ukraynanı dəstəkləmək siyasətinin bir hissəsi olacağı qeyd olunur. MiQ-29 təyyarələrinin vəzifələri F-16 və FA-50 təyyarələri tərəfindən yerinə yetiriləcək.