Putin Trampı ələ salır - Uilson

Ukrayna ABŞ Prezidenti Donald Trampın bu il təqdim etdiyi altı sülh təklifinin hamısını qəbul edib, Rusiya isə heç birini qəbul etməyib.

Axar.az xəbər verir ki, bunu Respublikaçı konqresmen Co Uilson deyib.

“Rusiya Prezidenti Vladimir Putin Trampı ələ salır və ukraynalı ailələri öldürməyə davam etmək üçün vaxt qazanır. İyrənc yalan ucbatından yüz minlərlə rus kişisinin səngərlərdə ölümünü təmin edir”, - o bildirib.