Putin və Ərdoğan sabah Türkmənistanda görüşəcək

Rusiya Prezidenti Vladimir Putin sabah Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Qeyd edək ki, dekabrın 12-də Aşqabadda Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlər keçiriləcək.