Putindən müəllimlərə yeni güzəşt: Uşaqları bağçalara növbəsiz qəbul ediləcək

Rusiya Prezidenti Vladimir Putin müəllimlərə əlavə dəstək tədbirləri ilə bağlı fərman imzalayıb.

Sherg.az xəbər verir ki, sənədə əsasən, region rəhbərlərinə müəllimlərin uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə növbədənkənar qaydada qəbulunun təmin edilməsi tövsiyə olunub.

Qərara əsasən, bu dəstək mexanizminin tətbiq qaydalarını və şərtlərini regionlar müstəqil müəyyənləşdirəcəklər. Yerli hakimiyyət orqanlarına həmçinin müəllimlər üçün əlavə sosial dəstək tədbirləri həyata keçirmək səlahiyyəti verilib.

Fərmanda müəllimlərin hüquqlarının qorunmasına və onlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumatlandırmanın təşkilinə də xüsusi diqqət ayrılıb.