Putinin xüsusi nümayəndəsi: Neft bahalaşdıqca, Rusiya güclənir

Neftin bir barelinin qiyməti 100 dollardan yuxarı qalxdıqca Rusiyanın dünyada təsiri gücü daha da artır.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin Xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev özünün Teleqram kanalında bildirib.

"Neft 100 dollardan yuxarıdır, Rusiyanın qlobal iqtisadiyyatda və geosiyasətdə səsi daha ucadan gəlir. Reallıq bir daha özünü göstərir: Rusiyanı görməzdən gəlmək qeyri-mümkündür", - deyə o qeyd edib.

Dmitriyev hesab edir ki, Avropa ölkələri səhvlərinə görə böyük bədəl ödəməli olacaqlar.