Qazaxıstan Tehranın iddiasını təkzib etdi

Qazaxıstan Milli Meteorologiya Xidməti İrandan Mərkəzi Asiya ölkələrinə doğru turşulu buludların hərəkət etməsi ilə bağlı məlumatları təsdiqləməyib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

“İranda yaranmış və Mərkəzi Asiya ölkələrinə çata biləcəyi iddia olunan turşulu buludlarla bağlı məlumatlar elmi göstəricilər və müşahidələrin nəticələri ilə təsdiqlənmir. Monitorinq məlumatlarına görə, belə çirklənmələrin Qazaxıstan və Mərkəzi Asiya ölkələri istiqamətinə daşındığına dair heç bir əlamət qeydə alınmayıb”, - qurum qeyd edib.

İran Qırmızı Aypara Cəmiyyəti martın 8-də xəbərdarlıq etmişdi ki, ABŞ və İsrailin neft anbarlarına zərbələri nəticəsində atmosferə daxil olmuş karbohidrogen birləşmələri səbəbindən Tehranda turşulu yağışlar ola bilər.

Martın 7-də Tehranın şimal və qərb hissəsində bir neçə neft anbarı ABŞ və İsrail tərəfindən hədəf alınmışdı.