Qazaxıstanın Ermənistanla hərbi əməkdaşlığı region üçün müəyyən risklər yaradır -ŞƏRH
Yusif Nəzərli
02:00 25.01.2024
Dünya
453
Astana sülhü gözləməlidir
Bakı Astanaya öz mövqeyini çatdırmalıdır
Ermənistan müdafiə naziri Suren Papikyan və Qazaxıstan müdafiə naziri Ruslan Jaksilikov arasında görüş baş tutub. Görüşdə tərəflər əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar. Qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Görüşün sonunda Papikyan və Jaksilikov 2024-cü il üçün müdafiə sektorunda əməkdaşlıq planı imzalayıblar. Sənəd Ermənistan və Qazaxıstanda bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur. Qeyd edək ki, S.Papikyan həmkarının dəvəti ilə Qazaxıstanda səfərdədir.
Ermənistan türk respublikası ilə hərbi əməkdaşlığını və Qazaxıstanın mövqeyini "Sherg.az"a dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq ölkələrdir. Buna baxmayaraq, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev və indiki Prezident Q.Toqayev Qarabağ məsələsində Azərbaycanı daim dəstəkləyiblər. Ekspert hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağalanmadığına görə Astananın İrəvanla hərbi əməkdaşlığı region üçün müəyyən risklər yaradır:
"Belə əməkdaşlıq Azərbaycan-Qazaxıstan münasibətlərində müəyyən dərəcədə suallara səbəb olur. Düzdür, Qarabağ münaqişəsi həll edilib, amma hələlik iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Qazaxıstan tərəfi münaqişə həll edildiyinə görə Ermənistanla hərbi əməkdaşlıqda problem görməyə bilər. Ancaq indiki şəraitdə regionda situasiyanın dəyişəbilmə ehtimalı da var. O baxımdan rəsmi Bakı Astanaya bununla bağlı öz mövqeyini çatdırmalıdır. Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq edirlər. Hər iki ölkə TDT-nin siyasi-iqtisadi və hərbi birlik modelində daha səmərəli təşkilata çevrilməsində maraqlıdır. İkitərəfli əməkdaşlıq inkişaf edir. Görünür, Qazaxıstanla əlaqələri daha da inkişaf etdirmək və Türkiyə səviyyəsinə çatdırmaq üçün xeyli siyasi işlər tələb olunur".
Analitikin fikrincə, ümumiyyətlə, Qazaxıstanın Ermənistanla hərbi əməkdaşlığına ehtiyac yoxdur:
"Sadəcə, Ermənistan Azərbaycanın müttəfiqləri ilə əlaqələrini inkişaf etdirməyə çalışır. İki ölkə arasında sülh müqaviləsi bağalanmadığına görə, Azərbaycan Qazaxıstana diplomatik nəzakətlə öz mövqeyini çatdırmalıdır. Azərbaycan və Qazaxıstan Türk modelinə üstünlük verirsə, müttəfiqlik yolunda irəliləyiş əldə edirsə, Qazaxıstanın Ermənistanla hərbi əməkdaşlığına ehtiyac yoxdur. Buradan Qazaxıstanın deyil, Ermənistanın qazancı aydın görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual