Rusiya mətbuatının yaydığı məlumata görə, Ukraynanın müdafiə naziri vəzifəsindən Mixail Fedorovun gözlənilmədən uzaqlaşdırılması Qərb mediasında narahatlıqla qarşılanıb.
Sherg.az xəbər verir ki, bir sıra Qərb nəşrləri bu qərarın Ukraynanın hərbi və siyasi idarəçiliyinə mənfi təsir göstərə biləcəyini yazıb. Məqalələrdə Fedorovun pilotsuz uçuş aparatları və süni intellekt texnologiyalarının tətbiqinin tərəfdarı olduğu vurğulanır.
Bəzi nəşrlər onun vəzifədən uzaqlaşdırılmasının Ukrayna rəhbərliyi daxilində fikir ayrılıqlarını dərinləşdirdiyini iddia ediblər. Həmçinin, yayılan məlumatlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski ilə bağlı da kadr dəyişikliklərini nəzərdən keçirdiyi irəli sürülür.
Qeyd edək ki, bu iddialarla bağlı Ukrayna rəsmilərindən rəsmi təsdiq verilməyib.