
Qərb ölkələri Gürcüstanın daxili proseslərində söz sahibi olduqlarını düşünürlər -ANALİZ
10:25 24.10.2024
Dünya
686
Oktyabrın 21-də Tbilisidə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” konfransı keçirilib. Konfrans zamanı Qərbin Gürcüstana müdaxiləsi kəskin şəkildə pislənib. İki ölkə arasındakı dostluq münasibətlərinin Qərb dairələrini narahat etdiyini diqqətə çatdıran Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib ki, Azərbaycana və Gürcüstana qarşı Qərbin təzyiqlərinə qarşı azərbaycanlı və gürcü ekspertlər, Gürcüstan və Azərbaycan geosiyasi müttəfiqlər kimi birgə fəaliyyət göstərməlidir. Bu məsələdə qeyri-hökumət təşkilatlarının da rolu danılmazdır. Azərbaycan və Gürcüstanın QHT-ləri milli maraqların müdafiəsinə hesablanan birgə təşəbbüsləri gücləndirməlidir. Görüşdə iştirak edən QHT nümayəndələri, ziyalılar Gürcüstanın və regionun parlaq gələcəyini haqlı olaraq Azərbaycanla sıx əməkdaşlıqda, möhkəm təməllər üzərində qurulan əməkdaşlıqda, strateji tərəfdaşlıqda gördüklərini qeyd ediblər. Bildirilib ki, son dövrlər Gürcüstan hökumətinin müstəqil siyasətinin Qərb ölkələrini qıcıqlandırmağa başlamağı təzyiqlərin artmasına gətirib çıxarıb. Belə ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” (xarici agentlər) qanunun və ardınca LGBT təbliğatını qadağan edən qanunun qəbul edilməsi bu təzyiqləri daha da artırıb və vəziyyəti gərginləşdirib. Bu addımlar Qərbin, xüsusilə Avropa İttifaqının və ABŞ-ın Gürcüstan hökumətinə qarşı tənqidlərini kəskinləşdirib və hətta sanksiyalarla təhdidlər səsləndirilir. Qərb bu addımları həmişə olduğu kimi “demokratik institutların gücləndirilməsi” və “insan hüquqlarının təmin edilməsi” şüarları altında həyata keçirsə də, Gürcüstan hökuməti bu ittihamları ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir. İştirakçılar, həmçinin Qərbin maliyyə dəstəyi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının müxalifətə dəstək verməsini və seçkiqabağı gərginliyi artırmasını qeyd ediblər. Bir fikir xüsusi qeyd olunub ki, Qərbdə bəzi dairələrin Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməsi, onun daxili işlərinə müdaxilə etməyə çalışmaları öz nəticəsini verməyəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli “Sherg.az”a söyləyib ki, Gürcüstanda keçiriləcək seçkilərə Qərbin təsirləri çox yüksəkdir:

“Bu Amerika Birləşmiş Ştatlarının Gürcüstanda olan səfirlərinin çıxışlarında və NATO-nun bəyanatlarında aydın şəkildə özünü göstərir. Amerika səfiri Gürcüstanın Qeyri-Hökümət Təşkilatlarıyla (QHT) əlaqəli olan qanunvericilik prosesində Gürcüstanın sözügedən qanuna ehtiyacı olmadığını bildirib. Hansısa ölkənin səfirinin digər dövlətin daxili siyasəti və qanunvericilik prosesinə müdaxilə etməsi absurd haldır. Düzdür, bunlar sadəcə bəyanatdır, amma sözügedən açıqlamalar göstərir ki, Qərb ölkələri Gürcüstanın daxili proseslərində söz sahibi olduqlarını düşünürlər. Həmçinin təsir imkanlarının olduğunu hesab edirlər. Hər kəsə məlumdur ki, Qərb ölkələri, Avropa və Amerika son 20 ilə yaxındır Gürcüstana yüz milyonlarla yatırım ediblər. Xüsusilə də QHT-nin sektorlarına qrantlar və yardımlar göstəriblər. Bunların hamısı Gürcüstanda QHT-lərin çoxalmasına və güclənməsinə səbəb olub. Hazırda ölkədə təxminən 30 000-dən çox QHT var və onların əksəriyyəti qərbyönümlüdür. Onlar Gürcüstanın inkişaf düşüncəsi altında daha çox Qərbin siyasi iradəsini regionda, xüsusilə də Gürcüstanın içərisində əks etdirməyə çalışırlar. Düşünürəm ki, Qərbin belə addımlar atması və daxili proseslərə müdaxiləsi Gürcüstanın Rusiya ilə yaxın sərhəd ölkə olması və qərbyönümlü siyasətini itirməməsinə görə həyata keçirilir. Digər tərəfdən Gürcüstanda keçiriləcək parlamanet seçkilərində də QHT-lər vasitəsilə mitinqlər və ayaqlanmalar baş tutacaq. Ümumiyyətlə Qərbin təzyiqlərinin artması və Avropa İttifaqının Gürcüstanda olan layihələri dayandırması onların regionda yüksək maraqlarının olduğunu bir daha sübuta yetirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm