
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq -ANALİZ
08:01 24.10.2024
Dünya
416
Region xalqları öz gələcək inkişaf yollarını özləri seçməlidirlər
Gürcüstanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Qərbin bu ölkənin hakimiyyət və cəmiyyətinə qarşı təzyiqləri də getdikcə artır. Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan müdaxilələrin miqyası genişlənir. Təkcə gürcü xalqı və dövlətçiliyi üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün xüsusi əhəmiyyət kəsb edən 26 oktyabr seçkilərinə hazırlıq və təbliğat-təşviqat kampaniyası Qərbin total təzyiqləri şəraitində keçir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynovun isə “Sherg.az”a açıqlamasına görə, Qərb Gürcüstanda hakimiyyətə öz tərəfdaşlarını gətirmək üçün bütün vasitələrə əl atır:

“ABŞ və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri, habelə Avropa İttifaqının (Brüsselin) Cozef Borrel kimi təxribatçı nümayəndələri Gürcüstanla bağlı həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, rəsmi Tbilisiyə qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan edirlər. Bütün bunlar əlbəttə ki, hakim “Gürcü Arzusu” Partiyasının yürütdüyü siyasətə qarşı yönəlib. Vaşinqton və Brüsseldən açıq şəkildə bəyan olunur ki, əgər “Gürcü Arzusu” hakimiyyətdə qalarsa, Gürcüstanın Avropaya yolu bağlanacaq. Bir sözlə, Qərb Gürcüstanda həm seçkiöncəsi, həm də seçkisonrası mərhələdə süni surətdə inqilab vəziyyəti yaratmaq üçün əlindən gələni edir.
Qərbin bu hərəkətləri və müdaxilələri sözsüz ki, Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulması deməkdir. Demokratik Qərbin bu cür qeyri-demokratik addımları nə beynəlxalq hüququn norma və prinsiplərinə, nə də ki diplomatik etiketə uyğundur. Qərb ölkələrinin Tbilisidəki səfirlərinin və rezidentlərinin Gürcüstan vətəndaşlarına yol göstərməyə çalışması, onların seçki günü kimlərə səs vermələrini diktə etməsi bu ölkənin daxili işlərinə birbaşa müdaxilədir və eyni zamanda bütövlükdə regionda sabitliyi pozmağa, Cənubi Qafqazın hazırkı geosiyasi arxitekturasının dəyişdirilməsinə yönəlib”.
Politoloqun sözlərinə görə, Vaşinqton və Brüssel Cənubi Qafqazda söz sahibi olmaq üçün region ölkələrinə hökm etməyə, onları özlərinə tabe etməyə, vassala çevirməyə çalışırlar. Onların Ermənistanda bu istəklərinə müəyyən dərəcədə nail olduqlarını xatırladan Ə.Hüseynov deyib ki, indi də hədəfdə Gürcüstandır:
“Qərb bütün resurslarını işə salaraq seçki ərəfəsində Gürcüstanda hansısa təxribatlar törətməyə hazırlaşır, seçkilərin nəticələrinə təsir göstərmək istəyir. Ancaq Qərbin bu planının gerçəkləşməsi mümkün deyil. ABŞ və Avropa İttifaqının öz geosiyasi hegemonluq maraqlarını həyata keçirmək məqsədilə qonşu Gürcüstanda siyasi proseslərə müdaxilə etməsi onların gözlədikləri effekti verməyəcək. Biz əminik ki, Qərbin Gürcüstanda keçiriləcək seçkilərə kobud müdaxiləsi mütləq iflasa uğrayacaq. Region xalqları öz gələcək inkişaf yollarını özləri seçməlidir. Gürcü xalqı da öz taleyini özü həll edəcək və 26 oktyabr seçkilərinin nəticələri gürcü xalqının iradəsinə uyğun olacaq. Qərbdən fərqli olaraq biz qonşu Gürcüstanda xaosun və hərc-mərcliyin yox, sabitliyin və dayanıqlı inkişafın tərəfdarıyıq. Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat
Qızılın qiyməti bir unsiya üçün 4 350 dolları ötüb
09:15 06.08.2026
İqtisadiyyat
Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
09:10 06.08.2026
Gündəm