Qrehemi kim öldürüb: İran, ya İsrail? - Dugindən inanılmaz

Lindsi Qrehemin qəfil ölümü Trampa göndərilən “qara ləkə” ola bilər. Bunun iranlıların işi olduğuna çox şübhə edirəm.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı filosof, ideoloq Aleksandr Dugin ABŞ senatoru Lindsi Qrehemin qəfil ölümü haqda qeyd edib .

“Ən real ehtimal odur ki, bu, Trampı İranla yenidən tammiqyaslı müharibəyə başlamağa sövq etmək üçün MOSSAD-ın əməliyyatı olub. Bu, açıq şəkildə belə bir mesaj deməkdir: “Növbədə sən varsan”.

Lindsi Qrehem Trampın kölgəsi idi, onun “qaranlıq tərəfi” (siyasi mənada ən sərt və radikal tərəfini təmsil edən şəxs) idi”, - Dugin bildirib.

Qeyd edək ki, 71 yaşlı Lindsi Qrehem bu gün qəfil ölüb.