Ukrayna ordusunun uğurlu əməliyyatı nəticəsində rus hərbçiləri Kupyanskda mühasirəyə alınıb və şəhərin bütün şimal-qərb ətrafı təmizlənib.
Axar.az xəbər verir ki, bu barədə “DeepStat” monitorinq layihəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat bloklanma xəttinin yaradılması və şəhərdəki rus qarnizonunun əlaqəsinin əsas qüvvələrdən kəsilməsi ilə başlayıb.
Ukrayna ordusu tez bir zamanda Radkovka və Kondraşovkanı azad edib, həmçinin Qolubovkanı atəş nəzarəti altında saxlamağı bacarıb. Bundan sonra Kupyanskın şimal-qərb ətrafı rus hərbçilərindən təmizlənib.